Məhsulun təsviri
Galaxy, ABŞ mənşəli yastı (flat) şaftalı sortları arasında ən məşhur olanlardan biridir. İyul ayının son həftəsində yetişir və yığım üçün hazır olur. Qabıq rəngi əsasən qırmızı, fon rəngi isə sarımtıl ağdır. Əti ağ rəngli, şirin və güclü aromalıdır. Yastı forması və cəlbedici görünüşü sayəsində bazarlarda da fərqlənir.
Meyvənin çəkisi adətən 120–150 qram arasında dəyişir. Ağacı orta güclə inkişaf edir və sabit məhsuldarlıq göstərir. Soyuğa davamlılığı yaxşıdır, saxlanma müddəti uzundur və daşınma zamanı deformasiyaya qarşı dözümlüdür. Həm yerli bazarda, həm də ixrac üçün üstünlük verilən, ticarət dəyəri yüksək bir sortdur.