Haqqımızda

Haqqımızda

Semilla MMC kənd təsərrüfatı sahəsində innovativ yanaşmaları və elmi əsaslı istehsal proseslərini özündə birləşdirən qabaqcıl şirkətlərdən biridir. Şirkətimiz laboratoriya şəraitində yetişdirilmiş calaqaltıların üzərinə aşılanmış tinglərin istehsalı ilə ixtisaslaşmış, bu sahədə geniş təcrübə və peşəkar komanda ilə fəaliyyət göstərir.

Məqsədimiz müasir texnologiyalardan istifadə etməklə, sağlam, davamlı və məhsuldar tinglər təqdim edərək kənd təsərrüfatı sektorunda məhsuldarlığın və keyfiyyətin artırılmasına real töhfə verməkdir.

Semilla MMC tərəfindən istehsal olunan tinglər yalnız yerli bazarda deyil, eyni zamanda xarici ölkələrə də ixrac olunur. Bu, şirkətimizin beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərməsinin və məhsullarımıza olan yüksək etimadın göstəricisidir. Tinglərimizin hər biri ciddi seleksiya və nəzarət proseslərindən keçərək, kənd təsərrüfatında uğurlu və dayanıqlı nəticələrin əldə olunmasına zəmin yaradır.

Missiyamız

Semilla MMC-nin missiyası – kənd təsərrüfatında yüksək məhsuldarlığın, davamlılığın və keyfiyyətin təmin olunması üçün sağlam, seleksiya olunmuş calaqaltılar üzərində aşılanmış tinglər istehsal etmək və bu sahədə qabaqcıl texnologiyalardan istifadə edərək fermer və təsərrüfat sahiblərinə etibarlı tərəfdaş olmaqdır.

Biz inanırıq ki, kənd təsərrüfatının inkişafı keyfiyyətli və sağlam ting materiallarından başlayır. Bu səbəbdən də istehsal prosesimizin hər mərhələsində yüksək elmi və texniki standartlara riayət edilir. Məqsədimiz təkcə ting təqdim etmək deyil, eyni zamanda aqrar sahədə davamlı inkişafın və müasir yanaşmanın təşviqinə xidmət etməkdir.

burada tingleri sataraq bitkileri yetisdirik

Vizyonumuz

Semilla MMC olaraq vizyonumuz – Azərbaycanda və regionda tingçilik sahəsində innovasiyalara əsaslanan, dayanıqlı və rəqabətədavamlı istehsal modeli ilə lider mövqedə olmaqdır. Uğurlu gələcək üçün sağlam təməl prinsipi ilə fəaliyyət göstərən şirkətimiz, kənd təsərrüfatı sahəsində elmi yenilikləri tətbiq etməklə, fermerlərə yüksək keyfiyyətli və məhsuldar tinglər təqdim etməyə davam edəcək.

Uzunmüddətli vizyonumuza uyğun olaraq, biz:

  • Laboratoriya şəraitində seleksiya və aşılanma proseslərini daha da təkmilləşdirməyi;
  • İstehsal həcmini artırmaqla yanaşı, məhsul çeşidlərini genişləndirməyi;
  • Beynəlxalq bazarlarda daha geniş təmsil olunmağı;

Davamlılıq və ekoloji məsuliyyət prinsiplərinə sadiq qalaraq, kənd təsərrüfatına töhfə verməyi qarşıya məqsəd qoymuşuq.

Xidmətlərimizdən yararlanmaq üçün
bizimlə əlaqə saxlayın

Əlaqə səhifəsinə keçid